Hüquqşünasların nəzərinə!


  • 7 Fevral 2023 15:01

Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən hakimlik, vəkillik, prokurorluq və ədliyyə orqanlarında qulluğa qəbul üzrə üzrə ixtisas imtahalarına hazırlıq kursları təşkil edilib. Kurslar 2019-cu ildən fəaliyyət göstərir. Nəticələr kursu bitirmiş müdavimlər üzrə ən azı 90 faiz təşkil edir. Kurslarda həm yazılı, həm də şifahi imtahan mərhələsinə hazırlaşmaq mümkündür.

Dərslər həftənin iş günləri axşam saatlarında, həftənin şənbə günləri isə gündüz saatlarında keçiriləcək.

Kurslar aylıq 16 akademik dərs saatı və kompüter vasitəsilə sınaq imtahalarını əhatə edir. Bu isə dinləyicilərə kompüter test prosesini əvvəlcədən mənimsəmək və hazırlıq səviyyəsini adekvat qiymətləndirmək imkanı yaradacaq.

Kursun tədris proqramı son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanıb.

Tədris olunacaq mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunacaq.

Tədris olunacaq əsas mövzu blokları:
1. Mülki hüquq;
2. Mənzil, vərəsəlik, əmək və ailə hüququ;
3. Mülki proses;
4. İnzibati proses;
5. Cinayət hüququ və cinayət prosesi;
6. Konstitusiya hüququ, beynəlxalq hüquq;

Dərslər Bakı şəhəri, Xan Şuşinskiy küçəsi 158 ünvanda (Şam restoranının yanı) keçiriləcək.

Dərslər hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin dosenti Qədirov Asif Xanoğlan oğlu tərəfindən keçiriləcək.

Kurslarda iştirak etmək üçün 055-444-20-96,070-746-33-49 telefon nömrələrinə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Oxşar xəbərlər