- 11:28
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərə müraciət edib.
E-huquq.az xəbər verir ki, sədr müraciətində Türkiyədə baş verən zəlzələyə görə bu ölkənin Vəkillər Kollegiyasına maddi yardım ayrılması ilə bağlı müzakirələr aparılacağını qeyd edib.
"Vəkillərimizin çoxsaylı müraciətlərini nəzərə alaraq, sabah təşəbbüsümlə Vəkillər Kollegiyasının Rəyasət Heyətində qardaş Türkiyəmizin ağır günlərində zəlzələ nəticəsində zərərçəkmiş qardaş və bacılarımıza, həmçinin Türkiyə Vəkillər Kollegiyasının üzvü olan dəyərli həmkarlarımıza ölkəmizin vəkil korpusu adından marka pulu hesabından maddi yardım etmək barədə müzakirə aparılacaq. Əminəm ki, müsbət qərar qəbul olunacaqdır. Bu barədə əlavə məlumat veriləcək.
Vəkil həmkarlarım qarşısında bu məsələ üzrə həmrəylik sərgilədikləri üçün baş əyirəm", - deyə A. Bağırov bildirib.