- 11:28
Fevralın 10-də Bakı Gənclər Mərkəzində "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun təşkilatçılığı ilə tələbələr üçün tədbir keçirilib.
E-huquq.az-ın məlumatına görə, tədbir "Gənclərin hüquqi maarifləndirilməsi" mövzusuna həsr olunub.
Bildirilib ki, tədbirin məqsədi gənclərin hüquqi biliklərinin artırılmasına töhfə verməkdir.
Tədbir çərçivəsində "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkilləri gənc tələbələri maraqlandıran sualları cavablandırıb.
Mövzu ətrafında maraqlı müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Sonda büro tərəfindən bu kimi tədbirlərin təşkilinin davamlı olacağı qeyd olunub.