"Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin iştirakçıları "Gənclər Təşkilatlarının Resurs Mərkəzi"ndə olublar - FOTO


  • 13 Fevral 2023 16:35

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının və Gənclər Fondunun birgə təşkilatçılığı ilə hüquqşünas tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı qış məktəbinə start verilib.

E-huquq.az xəbər verir ki, layihə çərçivəsində hüquqşünas tələbələr “Gənclər Təşkilatlarının Resurs Mərkəzi"ndə olublar. Tələbələr Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

Bildirilib ki, Resurs Mərkəzinin gənclərin və gənclər təşkilatlarının ictimai-sosial həyata qoşulmasında əhəmiyyəti böyükdür. Gənclər təşkilatları üçün belə bir şəraitin yaradılması dövlətimizin gənclərə olan münasibətinin bariz nümunəsidir.

Eyni zamanda vurğulanıb ki, təşkilatların ortaq bir məkanda həm ideya mübadiləsi etməsi, həm də yeni ideyaların yaranması üçün birgə çalışması mühüm əhəmiyyət kəsb edir.

Mərkəzin fəaliyyəti tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi hüquqşünas tələbələrdə vəkillik peşəsinə marağın artırılması və onların qış tətilinin səmərəli keçirməsi məqsədilə təşkil olunub.

Oxşar xəbərlər