- 11:28
Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının və Gənclər Fondunun birgə təşkilatçılığı ilə hüquqşünas tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı qış məktəbinə start verilib.
E-huquq.az xəbər verir ki, layihə çərçivəsində hüquqşünas tələbələr üçün Hüquqi Yardım və Tədris Mərkəzində tanınmış təlimçilər tərəfindən təlim keçirilib.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova "Vəkillik fəaliyyəti" mövzusunda, dövlət xadimi və diplomat Həsən Həsənov isə "Azərbaycan tarixi və diplomatiyası" mövzusunda tələbələrə təlim keçib.
Təlimlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında diskussiya aparılıb.
Qeyd edək ki, “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi hüquqşünas tələbələrdə vəkillik peşəsinə marağın artırılması və onların qış tətilinin səmərəli keçirməsi məqsədilə təşkil olunub.
Eltac Nurullazadə