- 11:28
Vəkillər Kollegiyasının üzvləri üçün onlayn təlim keçiriləcək.
E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində keçiriləcək təlim 24 və 28 fevral tarixlərində baş tutacaq.
24 fevral 2023-cü il tarixində saat 15:00-17:00-da “Avropa insan hüquqları konvensiyasının 3-cü maddəsi (İşgəncələrin qadağan olunması)” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov, 28 fevral 2023-cü il tarixində saat 10:00-11:00-da “Qadınların ədalət mühakiməsinə çatımlılığı” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva, 28 fevral 2023-cü il tarixində saat 11:10-13:10-da “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev təlimçi qismində iştirak edəcəklər.
Təlimdə iştirak etmək arzusunda olan vəkillər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/Vvr9a7JeCqhh7fJv9
Əlaqələndirici şəxs – Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)