- 11:28
Gəncə şəhəri 1 saylı Vəkil Bürosu tərəfindən ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək.
E-huquq.az-ın məlumatına görə, fevralın 18-də baş tutacaq aksiya çərçivəsində saat 11.00-dan 16.00-dək Gəncə şəhərində və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə, həmçinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına hüquqi yardım göstəriləcək.
Hüquqi yardım Büronun inzibati binasında təşkil olunacaq.
Ünvan: Gəncə şəhəri, Cavadxan küçəsi, 53
Lalə Salmanova