- 11:28
Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE) Türkiyədə zəlzələdən zərər çəkən vəkillərə yardım edəcək.
Bu barədə e-huquq.az-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, artıq yardım kampaniyası elan olunub.
"Bu günlərdə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının rəhbərliyindən təşkilata üzv olan Türkiyə Vəkillər Kollegiyasına dəstək göstərməyi xahiş etdim. Hesab edirəm ki, təşkilata üzv olan bütün ölkələrin Türkiyədə zəlzələ zamanı zərərçəkmiş həmkarlara dəstək göstərməsi çox önəmlidir. Bununla bağlı ətraflı məlumat müvafiq qaydada CCBE-yə təqdim olunmuşdu. Artıq təşkilat tərəfindən Türkiyəyə yardım aksiyası elan olunub", - deyə sədr qeyd edib.

Eltac Nurullazadə