Anar Bağırov CCBE-nin prezidentini Azərbaycana səfərə dəvət etdi


  • 17 Fevral 2023 16:49

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) yeni seçilmiş prezidenti Panagiotis Perakisi ölkəmizə səfərə dəvət edib.

E-huquq.az xəbər verir ki, bu barədə sədr özü məlumat verib.

"Cənab Panagiotis Perakis dəvəti məmnuniyyətlə qəbul etdi", - deyə A.Bağırov bildirib.

Qeyd edək ki, A.Bağırov 16-17 fevral tarixlərində Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə “Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 51-ci Konfrans”ında iştirak edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər