Vəkillər üçün növbəti onlayn ixtisasartırma təlimləri keçirildi


  • 1 Mart 2023 15:00

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 24 fevral 2023-cü il və 28 fevral 2023-cü il tarixlərində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada ixtisasartırma təlimləri keçirilib.

E-huquq.az xəbər verir ki, "Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi – “İşgəncələrin qadağan olunması" mövzusunda təlimi vəkil Sadiq Bağırov keçib.

Vəki Sevinc Əliyeva "Qadınların ədalət mühakiməsinə çatımlılığı" mövzusunda təlimçi kimi çıxış edib.

"İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış" mövzunda isə vəkil Ruslan Vəliyev təlim keçib.

Qeyd edək ki, təlimdə ümumilikdə 120 vəkil iştirak edib.

Lalə Salmanova

Oxşar xəbərlər