Naxçıvan Vəkillər Kollegiyasının sosial şəbəkə hesabı yaradıldı


  • 2 Mart 2023 17:12

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının "Facebook" səhifəsi yaradılıb.

E-huquq.az-ın məlumatına görə, səhifənin yaradılmasında məqsəd Kollegiyanın fəaliyyəti, eləcə də vəkillik sahəsində görülən işlər barədə məlumatları mütəmadi olaraq bölüşməkdir.

Səhifə öz işini həm də vətəndaşların hüquqi yardıma əlçatanlığını təmin etmək, müraciətlərə operativ şəkildə baxılmasına dəstək olmaq istiqamətində quracaq.

Bu link vasitəsilə səhifəyə keçid edə bilərsiniz: https://www.facebook.com/vk.naxcivan

Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan Muxtar Respublikasında ödənişsiz hüquqi yardım aksiyalarına başlanılacaq.

Lalə Salmanova

Oxşar xəbərlər