Vəkillər Kollegiyasında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi - FOTO


  • 7 Mart 2023 12:42

Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatında çalışan xanımların iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının rəhbərliyi tədbirdə iştirak edən xanımları təbrik edib, onlara hədiyyələr təqdim edilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək, Azərbaycan qadınlarının tarixi xidmətlərindən, cəmiyyətdəki rolundan və nüfuzundan bəhs edib. Bildirib ki, qadınlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilib, müxtəlif sahələrdə çoxsaylı nailiyyətlər qazanıblar. Anar Bağırov vurğulayıb ki, Azərbaycan qadınının cəmiyyətdə layiqli mövqe tutması, qadınlarla bağlı siyasətin gücləndirilməsi, bu gün dövlətin mühüm, prioritet vəzifələrindən biridir.

Sədr qeyd edib ki, hazırda Kollegiya Aparatının 50 faizə qədərinin xanımlardan ibarət olması çox sevindirici haldır. Vəkillər Kollegiyası üzvlərinin 20 faizə qədərinin xanımlarından ibarət olduğunu vurğulayan Anar Bağırov bu sayın artan dinamika ilə inkişaf etdiyini bildirib.

Sədr Vəkillər Kollegiyasının qadın üzvlərinin timsalında bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, səadət və işlərində uğurlar arzu edib.

Tədbirin sonunda xatirə fotosu çəkilib.

Oxşar xəbərlər