Naxçıvanda Vəkillər Kollegiyasının elmi-praktik konfransı keçirilir - FOTO


  • 10 Mart 2023 10:21

Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.

E-huquq.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni və vəkil marşı səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Konfransda Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov, Naxçıvanın Ombudsmanı Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Naxçıvan vəkilləri və digər şəxslər iştirak edirlər.

Geniş tərkibdə keçirilən konfransda Naxçıvanda vəkillik fəaliyyəti və bu sahənin daha da inkişafı istiqamətində ətraflı müzakirələr aparılır.

Sonra konfrans sual-cavab formatında öz işini davam etdirəcək.

Qeyd edək ki, bu gün Naxçıvan Vəkillər Kollegiyasında vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyası keçiriləcək.

Oxşar xəbərlər