Naxçıvan MR prokurorunun müavini: "Hər kəs peşəkar vəkillərin formalaşmasında rol oynamalıdır"


  • 10 Mart 2023 12:16

"Hesab edirəm ki, hər kəs peşəkar vəkillərin formalaşmasında rol oynamalıdır".

E-huquq.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev Naxçıvanda keçirilən “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfransda çıxışında deyib.

O bildirib ki, prokurorluq orqanları Muxtar Respublikada vəkillik sahəsində həyata keçiriləcək islahatlara dəstək məqsədilə səmərəli münasibətləri davam etdirəcək.

"Yəqin ki, bizim bu istiqamətdə görüşlərimiz olacaq. Hesab edirəm ki, qarşılıqlı münasibətlər ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda aparılan islahatlara da öz müsbət töhfəsini verəcək", - deyə S.Paşayev qeyd edib.

Lalə Salmanova

Oxşar xəbərlər