- 18 Mart 21:08
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək.
E-huquq.az xəbər verir ki, hüquqi yardım aksiyası 13-14 mart tarixlərində Respublikamızın 4 şəhərində - Bakı, Sumqayıt, Şəki və Gəncə keçiriləcək.
Ödənişsiz hüquqi yardım aksiyaları aşağıda qeyd olunan ünvanlarda təşkil olunacaq:
Bakı şəhəri üzrə: Saat: 10:00-13:00
Hökumət evi, Üzeyir Hacıbəyov küçəsi, 84, 1-ci qapı.
Sumqayıt şəhəri üzrə: Saat: 10:00-13:00
Sumqayıt şəhəri, Sülh küçəsi, 76. Dövlət Xidmətinin 2 saylı Regional bölməsinin binası (Sumqayıt Məhkəmə Kompleksinin yanı).
Şəki şəhəri üzrə: Saat: 10:00-13:00
Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 156. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)
Gəncə şəhəri üzrə: Saat: 11:00-13:00
Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 98. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)
Xidmətdən istifadə etmək istəyən şəxslər aşağıdakı əlaqə vasitələrindən istifadə edərək qeydiyyatdan keçə bilərlər:
Əlaqələndirici şəxs: Araz Həsənli
Tel: 055-867-53-32
Email: [email protected]