Anar Bağırovun iştirakı ilə Naxçıvanda əhaliyə ödənişsiz hüquqi yardım göstərildi - FOTO


  • 10 Mart 2023 21:06

10 mart 2023-cü il tarixdə 2023-cü il "Heydər Əliyev ili” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində Respublika ərazisində ödənişsiz hüquqi yardım aksiyalarına start verilib. Ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə əlaqədar “Açıq qapı” günü təşkil edilib.

E-huquq.az xəbər verir ki, aksiya ilə əlaqədar "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun vəkilləri tərəfindən Naxçıvanda 50-yə yaxın vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.

Aksiyada Kollegiyanın sədri Anar Bağırov da şəxsən iştirak edib və vətəndaşlarım hüquqi problemi ilə maraqlanıb.

Oxşar xəbərlər