Vəkillər Kollegiyasının rəhbərliyi Türkiyədə səfərdədir - FOTO


  • 13 Mart 2023 15:59

Türkiyə Vəkillər Kollegiyasının dəvəti ilə martın 13-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri başlayıb.

E-huquq.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib. Azərbaycan xalqının ümummilli liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyulub və xatirəsini dərin ehtiram və hörmətlə yad ediblər.

Sonra vəkillər tərəfindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarı – Anıtqəbir Movzeley Kompleksi ziyarət olunub, nümayəndə heyətinin şərəfinə rəsmi tədbir təşkil olunub.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının adından Anıtqəbrin önünə əklil qoyulub. Sədr Anar Bağırov Xatirə kitabına ürək sözlərini yazıb.

Oxşar xəbərlər