“Vəkilə 7 sual” adlı layihəyə start verildi


  • 17 Mart 2023 12:23

E-huquq.az Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərovla birgə yeni layihəyə başlayır.

“Vəkilə 7 sual” adlı layihə çərçivəsində müvafiq vəkilə ünvanlanmış 7 sualın cavabı müsahibə formatında izləyicilərə təqdim olunacaq.

Suallar vəkil, Vəkillərin İntizam Komissiyasının üzvü, Vəkil Klubunun rəhbəri, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov tərəfindən veriləcək və hüquqla yanaşı sosial, ictimai, fəlsəfi, mədəni və dünyagörüşü ilə bağlı məsələləri əhatə edəcək.

Bundan əlavə, izləyicilər layihədə görmək istədikləri vəkillər və suallar barədə təkliflərini safarovpasha@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, layihənin ay ərzində bir neçə dəfə təqdim olunması nəzərdə tutulub.

Oxşar xəbərlər