Sabiq hakim: "Vəkillik sahəsində böyük irəliləyişlər əldə olunub"


  • 25 Mart 2023 21:38

"Azərbaycanda vəkillik nə qədər inkişaf etsə də, Avropa standartlarından geri qalır".

E-huquq.az xəbər verir ki, bunu "İN Media" "Youtube" kanalına müsahibəsində sabiq prokuror və məhkəmə hakimi, Vəkillər Kollegiyasının üzvü Mirzə Xankişiyev deyib.

O bildirib ki, Anar Bağırov Vəkillər Kollegiyasının sədri seçildikdən sonra bu sahədə çox böyük irəliləyişlər əldə olunub.

"Amma bu hələ kifayət deyil. Biz vəkillik institutunu dünya standartlarına çatdırmalıyıq", - sabiq hakim deyib.

M.Xankişiyev ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin rolunun mühüm olduğunu bildirib: "Mən həmişə demişəm ki, vəkil hər zaman haqqı müdafiə etməli və sonadək mübarizə aparmalıdır, qorxub geri çəkilməməlidir. Hesab edirəm ki, vəkil prokurordan, hakimdən savadlı olmalıdır ki, qalib gəlsin. Əgər vəkilin savadı hakimin, prokurorun savadından aşağı olarsa, o heç nəyə nail ola bilməz".

Oxşar xəbərlər