"Vətəndaşlar vəkilə yalan məlumat verməklə müdafiə taktikasına və məhkəmənin gedişatına böyük zərbə vururlar"


  • 29 Mart 2023 11:03

"Adətən vətəndaşlar etibarlı və dürüst vəkil, hüquqşünas axtarışında olurlar. Lakin bəzən onların özü vəkilə yalan məlumatlar verirlər".

E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, vətəndaşlar vəkilə yalan məlumat verməklə müdafiə taktikasına və məhkəmənin gedişatına böyük zərbə vururlar: "Vətəndaşlar bilməlidirlər ki, vəkil müdafiə taktikasını vətəndaşların verdiyi məlumatlar əsasında qurur və onların vəkilə yalan məlumat verməsi sonda vətəndaşların özü üçün mənfi nəticələrə gətirib çıxarır".

T.Abdullazadə vətəndaşların sonda özləri üçün mənfi nəticələrin ortaya çıxmaması üçün vəkillə yalan olmayan məlumatları bölüşməyə çağırıb.

"Çalışın vəkilinizlə yalan olmayan məlumatları bölüşün ki son nəticədə gələcək də bu sizin özünüzə zərər vurmasın. Nəzərinizə çatdırım ki, vətəndaşla vəkil arasında olan məlumatlar konfidensial xarakter daşıyır və həmin məlumatlar şəxsin öz icazəsi olmadan vəkil tərəfindən yayılarsa, vəkilin özünü bununla bağlı məsuliyyət gözləyir", - deyə vəkil qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər