Vəkil olmaq istəyən hüquqşünasların nəzərinə!


  • 29 Mart 2023 12:06

Hüquqi Yardım və Tədris Mərkəzi ilə “Pro bono” Vəkil Bürosunun birgə təşkil etdiyi vəkilliyə namizədlər üçün ixtisas imtahanlarına hazırlıq kurslarına qeydiyyat davam edir.

E-huquq.az-ın məlumatına görə, sonuncu keçirlən vəkilliyə qəbul üzrə yazılı test imtahanda kursun bir çox iştirakçıları yüksək nəticələr əldə ediblər.

Hazırlıq kursları akademik saatlardan və sınaq test imtahanlarından ibarətdir. Kurslar hər biri 2 saat müddətində əyani formada olmaqla həftədə 2 dəfə Bakı şəhəri Səməd Vurğun küçəsi 32 ünvanında yerləşən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində bu sahədə təcrübəsi olan peşəkar vəkillər tərəfindən tədris ediləcək. Hazırlıq kursları ödənişlidir. Şəhid ailələri üzvlərinə, müharibə qazilərinə və aztəminatlı şəxslərə güzəştlər tətbiq ediləcək.

Kurslarda iştirak etmək arzusunda olan hüquqşünaslar Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına (legalaid.training@barassociation.az) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Əlaqələndirici şəxs – Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80).

Oxşar xəbərlər