Anar Bağırov Xaçmaz Vəkil Bürosunun kollektivi ilə görüşdü


  • 29 Mart 2023 22:55

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Xaçmaz Vəkil Bürosunun kollektivi ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə sədr özü məlumat verib. Onun sözlərinə görə, görüş zamanı bölgədə vəkilliyin gücləndirilməsi ilə bağlı müzakirə aparılıb.

Həmçinin, Xaçmaz Vəkil Bürosunun maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri ilə müzakirə olunub.

"Xaçmaz şəhərinin rəhbərliyi tərəfindən vəkillik təsisatına olan diqqət və qayğının, vəkilliyin daha da güclənməsinə, nüfuzunun artırılmasına bütün dövlət qurumları tərəfindən göstərilən dəstəyin, vəkillərimizin yüksək peşə həmrəyliyinin şəxsən şahidi olduğum üçün yaxın zamanda burada nümunəvi vəkil qurumunun formalaşmasına tam əminlik yarandı", - deyə A.Bağırov bildirib.

Lalə Salmanova

Oxşar xəbərlər