Vəkillər üçün təlim keçiriləcək


  • 6 Aprel 2023 11:22

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı vəkillər üzvləri üçün təlimlər keçiriləcək.

E-huquq.az xəbər verir ki, təlimlərin aşağıdakı mövzularda keçirilməsi nəzərdə tutulur:

1. 12 aprel 2023-ci il tarixində saat 11:00-13:00-da onlayn qaydada “Uşaqların onlayn cinsi istismarı və kibercinayətinə qarşı mübarizə” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Asif Mustafayev;

2. 17 aprel 2023-ci il tarixində saat 10:00-12:00-da onlayn qaydada “Müflisolmanın hüquqi əsasları və təcrübə” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Vüsal Kazımzadə;

3. 20 aprel 2023-ci il tarixində saat 11:00-13:00-da onlayn qaydada “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Lalə Nağıyeva;

4. 28 aprel 2023-ci il tarixində saat 10:00-12:00-da əyani qaydada “Qəsdin əmələ psixoloji münasibətdə növü, formaları, tövsif zamanı müəyyən edilmə əsasları” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Fərid Həsənov təlimçi qismində iştirak edəcəklər.

Təlimdə iştirak etmək arzusunda olan vəkillər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/oA2LMJtqYj1gLfdBA

Əlaqələndirici şəxs – Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)

Oxşar xəbərlər