- 18:21
"Azərbaycanda insan hüquqlarının müdafiəsi, vətəndaşlara hüquqi yardımın göstərilməsində vəkillərin böyük rolu var".
E-huquq.az xəbər verir ki, bunu sabiq hakim, Vəkillər Kollegiyasının üzvü Eldar Mikayılov "De Fendo" Vəkil Bürosunun açılışında çıxış edərkən deyib.
O bildirib ki, son illər ölkəmizdə vəkillik sahəsində mühüm irəliləyişlər əldə olunub.
"Vəkillər Kollegiyası Azərbaycanda vəkillik institunun inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir. Bu da vəkilliyin güclənməsinə, ədalət mühakiməsinin səmərəli fəaliyyətində vəkillik təsisatının rolunun artmasına, vətəndaşların yüksək kefiyyətli hüquqi yardıma çatımlığının təmin olunmasına gətirib çıxarıb", - deyə E.Mikayılov qeyd edib.
Eltac Nurullazadə