Sədr: “Formal vəkilliklə məşğul olan bir neçə vəkil barədə intizam tənbehi tətbiq olunub”


  • 11 Aprel 2023 11:26

“Bizim üçün ən böyük problem formal vəkillik fəaliyyətidir”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

"Formal vəkilliklə mübarizə aparırıq. Bir neçə vəkil barədə intizam icraatı başlanılıb. Hətta barələrində intizam tənbehi tətbiq olunan vəkillər də var. Ümumiyyətlə, hesab edirəm ki, formallıq heç bir halda olmamalıdır və bu problemlə bağlı mübarizə genişləndirilməlidir", - deyə sədr bildirib.

Eltac Nurullazadə

Oxşar xəbərlər