Sədr: "Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması ilə bağlı hökümətə müraciət etmişik"


  • 11 Aprel 2023 12:58

"Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması ilə bağlı hökümətə müraciət etmişik".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

"Həmin ərazilərin planlaşdırılması zamanı vəkil büroları üçün də yerlərin müəyyən olunsunmasını istəmişik. Çünki vəkillərin fəaliyyəti üçün lazımi şərait olmalıdır ki, onlarvətəndaşları qəbul etsin. Əminəm ki, bu sahədə də hökümətlə əməkdaşlıq edəcəyik və bütün lazım olan şərait yaradılacaq. Vəkillər Kollegiyası olaraq da biz də öz imkanlarımızdan istifadə edərək çalışacayıq ki, bütün azad olunmuş şəhər və rayonlarımızda müasir vəkil qurumları fəaliyyət göstərsin", - deyə o bildirib.

Sədr onu da qeyd edib ki, zərurət yarandığı halda Azərbaycan vəkilləri bu ərazilərdə hüquq-müdafiə fəaliyyətlərini həyata keçirirlər və getdikcə bu fəaliyyət daha da genişlənəcək.

Eltac Nurullazadə

Oxşar xəbərlər