- 14 İyun 09:58
Aprelin 15-də "Davam Hüquq Klubu" tərəfindən "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunda "Kommersiya məhkəmə müsabiqəsi" nin 1/4 final mərhələsi baş tutub.
E-huquq.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 8 komanda yarışıb.
Müxtəlif ali təhsil müəsisələrindən olan hüquq tələbələrinin çıxışlarını təcrübəli vəkillər dəyərləndirib. Ən yüksək bal yığan 4 komanda 1/2 final mərhələsinə keçmək hüququ əldə edib.
Sonda iştirak edən digər komanda üzvləri və vəkillər (Nuranə Carçalova, Nargilə Həmidova, Abbas Quliyev, Leyla Hüseynova, İbrahim Hüseynov, Elcan Həsənli, Ayxan Əsədov, Gülşən Salmanova) sertifikatla təltif olunub.