- 14 İyun 09:58
17 aprel tarixində Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı Lənkəran şəhərində “Heydər Əliyev ili” çərçivəsində “Qadın hüquqlarının müdafiəsi” mövzusunda regional görüş keçirilib.
E-huquq.az xəbər verir ki, Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşdə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü və Alyansın sədri Dilarə Əfrasiyabova, Lənkəran şəhər İcra Hakimiyyəti Hüquq Şöbəsinin müdiri Emil Quliyev və Alyansın üzvləri çıxış edib, qadınların rastlaşdıqları problemlər ətrafında müzakirələr aparılıb. Görüş çərçivəsində erkən nikah, onun hüquqi aspektləri və praktik problemləri, məişət zorakılığı, yaranma səbəbləri və onunla mübarizə üsulları, narkomaniyaya qarşı mübarizə və cəmiyyəti narahat edən digər aktual məsələlər müzakirə edilib.
Həmçinin, səfər çərçivəsində Qadın Vəkillər Alyansının üzvləri ilə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov arasında görüş keçirilib.
Tədbirin sonunda vətəndaşların problemləri dinlənilmiş, mövzü ətrafında suallar cavablandırılıb.