- 14 İyun 09:58
"Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətləri daha da güclənəcək".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ali Məhkəmədə "Femida Dialoq Platforması" çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.
O bildirib ki, Ali Məhkəmə ilə aparılan müzakirələr ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə-hüquq sisteminin inkişafı və məhkəmələrdə proses iştirakçıları arasında qeyri-prosessual münasibətlərin aradan qaldırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
A.Bağırov qeyd edib ki, Ali Məhkəmə tərəfindən vəkillərin üzləşdiyi problemlərin araşdırılması və həlli istiqamətində atılan addım təqdirəlayiqdir.
Xəyalə Bünyatova