Anar Bağırov "Femida Dialoq Platforması"nın təşkilinə görə İnam Kərimova təşəkkür etdi


  • 20 Aprel 2023 18:27

"Bu gün "Femida Dialoq Platforması" formatında Azərbaycan Respublikasının Ali Məhkəməsində çox məhsuldar, səmimi, açıq və faydalı müzakirəmiz baş tutdu. 4 saat davam edən dialoq zamanı vəkillərimizin qaldırdığı bir çox problemləri müzakirə etdik, təkliflər irəli sürüldü".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Ali Məhkəmədə ilk dəfə bu formatda müzakirə keçirilib: "Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri hörmətli İnam Kərimov hər kəsə azad şəkildə fikir ifadə etmək üçün tam şərait yaratdı, çoxsaylı çıxışları təmkinlə və diqqətlə dinlədi, qeydlər apardı. Dialoqun davam etməsi ilə bağlı qarşılıqlı razılıq əldə olundu. Ədalət mühakiməsinin sağlamlaşdırılması, şəffaflığın artırılması, Femida Dialoq Platformasında ilk görüşün məhz vəkillərlə təşkil olunması üçün və həmçinin ölkə vəkilliyinə göstərdiyi yüksək hörmətə və ehtirama görə hörmətli İnam müəllimə öz adımdan, ölkəmizin vəkil korpusu adından bir daha dərin minnətdarlığımı bildirirəm".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər