Milli Məhkəmə Müsabiqəsinin Sürəyya Ağaoğluna həsr olunan XII buraxılışına start verildi


  • 22 Aprel 2023 13:49

ELSA Azərbaycan Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışına start verir.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən müsabiqənin budəfəki buraxılışı türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğluna həsr olunur.

Müsabiqədə iştirak etməklə tələbələr müvafiq sahələr üzrə hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək təkmilləşdirmək, yerli qanunvericiliyi daha dərindən mənimsəmək, mövcud hüquq normalarını müqayisəli şəkildə təhlil və analiz etmək şansı əldə edəcək.

Qeydiyyat üçün link: https://forms.gle/nAxFAaLAn4KJUpyL8

Son qeydiyyat tarixi: 26.04.2023, 23:59.

Qeyd edək ki, Sürəyya Ağaoğlu türk dünyasının ilk qadın vəkili olmuşdur. 1903-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünyaya göz açan Sürəyya xanım həm də görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun qızıdır. Şərq qadınlarının çarşabla gəzdiyi bir zamanda vəkil olmaq arzusu ilə yaşayan Sürəyyə Ağaoğlu bütün çətinliklərə baxmayaraq, İstanbul Universiteti Hüquq Fakültəsini bitirmiş və ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur. Hüquqşünaslıq fəaliyyətini bununla məhdudlaşdırmayan Ağaoğlu Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ikinci prezidenti olmuş, habelə Azad Fikirləri Yayma Dərnəyi, Türk-Amerikan Universitetlər Dərnəyi və “Sürəyya Ağaoğlu Uşaq Dostları” dərnəyinin təməlini qoymuşdur. O, "Londonda gördüklərim" və “Bir ömür də belə keçdi” kitablarının müəllifidir.

Oxşar xəbərlər