- 14 İyun 09:58
Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
E-huquq.az xəbər verir ki, aprelin 12-də vəkil Asif Mustafayev “Uşaqların onlayn cinsi istismarı və kibercinayətinə qarşı mübarizə”, aprelin 17-də Vüsal Kazımzadə “Müflisolmanın hüquqi əsasları və təcrübə”, aprelin 20-də Lalə Nağıyeva “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı", aprelin 28-də isə Fərid Həsənov “Qəsdin əmələ psixoloji münasibətdə növü, formaları, tövsif zamanı müəyyən edilmə əsasları” mövzusunda təlim keçib.
Ümumilikdə, təlimlərdə 175 nəfər vəkil iştirak edib.