- 14 İyun 09:58
Uzun illər Vəkillər Kollegiyasının üzvü olmuş Elxan Hümbətov vəfat edib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, o, 86 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, E.Hümbətov 50 ilə yaxın vəkillik sahəsində çalışıb. O, fərdi vəkil kimi fəaliyyət göstərib. E.Hümbətov bir müddət əvvəl səhhəti ilə əlaqədar olaraq vəkillik fəaliyyətini dayandırmışdı.
Şəbnəm Mehdizadə