- 14 İyun 09:58
Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində vəkillər üçün növbəti təlimlər keçiriləcək.
E-huquq.az xəbər verir ki, budəfəki təlimlər 4 müxtəlif mövzunu əhatə edəcək.
Belə ki, mayın 12-də saat 15:00-17:00-da Ədliyyə Nazirliyi İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin Strateji planlaşdırma şöbəsinin böyük məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Nərgiz Murquzova “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzusunda, mayın 18-i saat 10:00-12:00-da Maliyyə Monitorinqi Xidmətinin Hüquq Departamentinin direktoru Azər Abbasov “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması əməlinin tövsifi əsasları” mövzusuda, mayın 24-də saat 10:00-12:00-da Vəkillər Kollegiyasının üzvü Nihad Əliyev “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (Şəxsi və ailə həyatına hörmət) və 14-cü maddələri (ayrı-seçkiliyin qadağan olunması)” mövzusunda, mayın 25-də isə Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev “Hüquqi yazı üslubları və strukturu-İRAC, CRAC cə CREAC strukturları” mövzusunda təlim keçəcək.
Təlimdə iştirak etmək arzusunda olan vəkillər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/E6Bvofov4ZooKBbi6
Əlaqələndirici şəxs – Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)