- 14 İyun 09:58
Aprelin 29-da Bakı Gənclər Mərkəzində tələbələr üçün “Cinayət və Cəza” mövzusunda təlim keçirilib.
E-huquq.az-ın məlumatına görə, təlimçi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili İbrahim Hüseynov çıxış edib.
Təlimdə cinayət və cəzanın anlayışı, cinayət tərkibinin elementləri, cinayətin kateqoriyaları, mərhələləri, təkrar törədilməsi, məcmusu, residivi, cəzanın növləri, yüngülləşdirici və ağırlaşdırıcı hallardan, habelə mövzu çərçivəsində digər məsələlərdən bəhs edilib.
Qeyd olunan mövzulara dair iştirakçılarla birgə müxtəlif beynəlxalq və milli məhkəmə təcrübələri təhlil edilib, tələbələr arasında kiçik debatlar təşkil edilib, o cümlədən, digər praktiki və nəzəri məsələlər müzakirə edilib.
Sonda isə iştirakçılarla xatirə şəkli çəkilib.
Qeyd edək ki, təlimin məqsədi tələbələrə hüquqi peşə vərdişlərini aşılamaq, gələcəyin hüquqşünaslarının bilik bazasının təkmilləşdirilməsi yönündə qanunvericiliyi dərindən və diqqətlə təhlil etmək, onlarda nəzəri biliklərin təcrübədə istifadəsinə dair bacarıqları formalaşdırmaqdır.







