Azərbaycanda 1 vəkilin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edildi


  • 6 May 2023 11:15

Ötən gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclas çərçivəsində vəkillər barəsində başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Qanunvericiliyin tələblərini pozaraq dövlət hesabına hüquqi yardım zamanı formal vəkilliklə məşğul olduğuna və keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə 1 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərar qəbul edilib.

Eyni zamanda 1 vəkil barəsində isə keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə vəkillik fəaliyyətinin 3 aylıq dayandırılması barədə qərər qəbul olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər