Sədr: "Vəkillər Kollegiyası gender bərabərliyi sahəsində müəyyən işlər görür"


  • 19 May 10:50

"Vəkillər Kollegiyası vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi gender bərabərliyi sahəsində müəyyən işlər görür".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2017-ci ildə qadın vəkillərin sayı 15% təşkil etdiyi təqdirdə, hazırda bu rəqəm 19%dən çoxdur.

"Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb. Həmçinin “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin doğulub boya başa çatdığı Naxçıvan şəhərində gender bərabərliyi mövzusunda rəhbər vəzifəli şəxslərin də iştirak etdiyi Konfrans keçirilib. Bu sahədə görülən işlərin davamı kimi Vəkillər Kollegiyası tərəfindən Şuşa doğumlu, türk dünyasının ilk qadın vəkili və Beynəlxalq Qadın Hüquqşünaslar Konfederasiyasının ikinci prezidenti olan Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunan 1-4 iyun tarixində 10-dan çox ölkənin iştirakı gözlənilən, “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının bir hissəsi kimi” mövzusunda beynəlxalq Konfrans təşkil olunacaq", - A.Bağırov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər