- 31 May 19:22
"Hər bir sahədə olduğu kimi, nikahın xitamı, ailə qanunvericiliyinin tətbiqi sahəsində də müəyyən boşluqlar mövcuddur".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu boşluqların aradan qaldırılması sahəsində Vəkillər Kollegiyası bir sıra qurumlar, təşkilatlarla əməkdaşlıq edir.
"Bu qurumlar sırasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini xüsusilə vurğulamaq istərdim. Bu çoxşaxəli və səmərəli əməkdaşlıq çərçivəsində üzvlərimiz Komitə tərəfindən yaradılan işçi qruplarında təmsil olunur, ödənişsiz hüquqi yardım aksiyaları təşkil edilir. Eyni zamanda əməkdaşlıq çərçivəsində son 1 ildə Komitə tərəfindən Kollegiyaya 60-dan çox ödənişsiz hüquqi yardımla bağlı müraciət göndərilib ki, bu müraciətlərin hər birinə həssas yanaşılaraq həmin şəxslərə ödənişsiz hüquqi yardım göstərilib", - deyə sədr bildirib.
Şəbnəm Mehdizadə