"Azad olunmuş ərazilərdə əhalinin hüquqi yardıma çatımlılığı təmin olunmalıdır"


  • 25 May 2023 16:26

"Bu gün keçirilən vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsində 324 nəfər iştirak edir. Namizədlərdən təqribən 20 nəfəri işğaldan azad edilmiş rayonları təmsil edir. Əhali işğaldan azad olunmuş ərazilərə köçürülürsə, onların hüquqi yardıma çatımlılığı da təmin olunmalıdır. Həmin ərazilərdə şəxslərin hüquqi müdafiəsi təşkil olunmalıdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının İxtisas Komistəsinin sədri Turqay Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vəkilliyə qəbul prosesi ilə bağlı ciddi işlər görülüb: "Vəkilliyə yararlı şəxslərin bu peşə ilə məşğul olması üçün müəyyən meyarlar müəyyənləşdirmişik. Həmin meyarlarla bağlı ikinci mərhələdə qaydalar mövcuddur. Namizədin bilik səviyyəsi, məntiqi nəticə çıxarmaq imkanları və dünya görüşü üzrə suallar verilir. Bu göstəricilər əsasında namizəd növbəti mərhələyə buraxılır. Növbəti mərhələ daha çox tədrisi əhatə edir. Bu il bu sahədə ciddi dəyişikliklər olub. Əvvəllər nəzəriyyə hissəsinə köklənmişdiksə, indi namizədləri daha çox təcrübəyə yönəldirik. Namizədlərə nəzəri biliklərlə yanaşı, təcrübənin aşılanması labüddür. Ümumiyyətlə, proqramın 40 faizi dəyişdirilib. Bu da namizədlər tərəfindən müsbət qarşılanıb".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər