Anar Bağırov: "Ölkəmizdə qadınların bütün hüquqları təmin olunur"


  • 2 İyun 2023 09:27

"Gender bərabərliyi bu gün dünyada ən aktual məsələlərdən biridir. Bu istiqamətdə Azərbayan Respublikasında çox böyük işlər görülür. Ölkəmizdə aparılan islahatlar xarici ölkələrdən olan həmkarlarımızın da böyük marağına səbəb olur".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Şərqdə ilk dövlətdir ki, qadınlara seçki hüququ verib. Hazırda ölkəmizdə qadınların bütün hüquqları təmin olunur. Qadınlar dövlət idarəçiliyində, kommersiya sahəsində geniş təmsil olunurlar", - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər