"Azərbaycanda qadın vəkillərin sayının az olması  bizi narahat edir"


  • 2 İyun 2023 09:35

"Azərbaycanda qadın vəkillərin sayının az olması bizi narahat edən ən vacib məsələlərdən biridir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aparılan təhlillər qonşu ölkələrdə bu problemin mövcud olmadığını göstərir.

"Belə ki, qonşu ölkələrdə kişi və qadın vəkillərin sayı bərabərdir. 2018-ci ildə Azərbaycanda qadın vəkillərin sayı kişilərlə müqayisədə çox aşağı, cəmi 15 faiz idi. Son illər ərzində qadın vəkillərin sayı xeyli artıb. Hazırda bu göstərici 20 faizə yaxındır. Vəkilliyə namizədlərin statsitikasına fikir versək, görərik ki, qadın hüquqşünasların sayı getdikcə artır. Müsbət dinamika onu deməyə əsas verir ki, ildən-ilə bu göstərici daha da artacaq", - deyə A.Bağırov bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər