Sədr: "Vəkillər Kollegiyası gender bərabərliyi sahəsində mühüm işlər görür"


  • 2 İyun 2023 09:59

"Gender bərabərliyinin təmini üçün dövlət və qeyri-dövlət qurumları, eyni zamanda vətəndaş cəmiyyəti institutları birgə fəaliyyət göstərməli, gender bərabərliyi sahəsində müəyyən təbliğat işləri görməlidir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi gender bərabərliyi sahəsində müəyyən işlər görür.

"Belə ki, 2017-ci ildə vəkillərin içərisində xanım vəkillərin sayı 15% təşkil etdiyi təqdirdə, hal hazırda bu rəqəm 19%dən çoxdur. Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb. Kollegiya tərəfindən görülən işlərindən biri kimi də bu gün keçirilən Konfransın müstəsna əhəmiyyəti olduğuna inanıram", - deyə sədr bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər