Milutinoviç: "Serbiyada vəkillərin üçdə biri qadınlardır"


  • 2 İyun 2023 12:49

"Hələ də ölkəmizdə gender bərabərliyi ilə bağlı müəyyən problemlər qalmaqdadır. Gender zorakılğı hallarına rast gəlirik".

E-huquq.az xəbərverir ki, bunu Serbiya Vəkillər Kollegiyasının prezidenti Jasmina Milutinoviç türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O xatırladıb ki, Serbiyada vaxtilə qadınların ölkənin siyasi həyatında iştirak hüququ olmayıb.

"Hazırda isə Serbiyada 23 nazirdən 10-u qadındır. Parlamentdə təmsil olunan qadınların sayı isə hələ də qaneedici deyil. Bu rəqəmlər, əlbəttə, bizi sevindirir. Lakin bu, ölkəmizdə bərbabərliyi tam təmin etmir", - deyə Milutinoviç bildirib.

O, həmçinin qeyd edib ki, Serbiya Vəkillər Kollegiyasının 12 üzvü var və onların 1/3 hissəsi qadınlardan ibarətdir: "Qadınların sayı müxtəlif yaş kateqoriyalarına görə dəyişir".

Milutinoviç son 25 ildə vəkillik sahəsində müəyyən nəticələr əldə edildiyini deyib: "Onlardan biri pulsuz hüquqi yardımın verilməsi haqda qanunun qəbul edilməsi idi. Bu insanların pulsuz və keyfiyyətli hüquqi yardım almasını təmin edir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər