Asel Tokayeva: "Qazaxıstanda qadınlara zorakılıq edənlərə qarşı qanunvericilik sərtləşdirilir"


  • 2 İyun 2023 14:57

"Ölkəmizdə qadınlara qarşı zorakılıq edənlərə qarşı qanunvericilik sərtləşdirilir".

E-huquq.az xəbər verir ki, bunu Qazaxıstan Milli Vəkillər Kollegiyası İntizam Komissiyasının sədri Asel Tokayeva türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, zorakılıqdan əziyyət çəkən qadınlara hüquqi dəstək göstərilir.

"Təəssüf ki, bu gün Qazaxıstanda gender problemləri kifayət qədər çoxdur. Ailə və gender siyasətinin yenilənməsi vacibdir", - deyə Tokayeva bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər