Natəvan Rüstəmova: "Stereotiplər gender bərabərliyinin təmin olunmasına mane olur"


  • 2 İyun 2023 15:51

"Gender bərabərsizliyi bütün dünyada mövcuddur. Elə bir dövlət yoxdur ki, orada gender bərabərliyi tam təmin olunsun. Gender bərabərliyindən danışarkən təkcə qadınların deyil, eləcə də kişilərin hüquqlarından da danışmalıyıq. Çünki fiziki və psixoloji zorakılığa məruz qalan kişilər də var".

E-huquq.az xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, Vəkillər Kollegiyasının üzvü Natəvan Rüstəmova türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün müvafiq tədbirlər görülür.

"Azərbaycan bu sahədə beş əsas konvensiyanı ratifikasiya edib. Qanunvericilik təkmilləşdirilir. Bu məsələdə təkcə dövlətin rolu ilə kifayətlənməli deyilik. Gender bərabərliyinin təmin olunması üçün cəmiyyətin də öhdəlikləri var. Stereotiplər dövlətin həyata keçirdiyi tədbirlərin dərhal nəticə verməsinə mane olur. Bunu təkcə mental və dini təsirlərlə bağlamaq olmaz. Burada maarifləndirmə də böyük rol oynayır", - deyə N.Rüstəmova bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər