Hindistan VK-nın vitse-prezidenti: "Bakıdakı konfrans Azərbaycan vəkilləri ilə əlaqələrimizi möhkəmləndirəcək"


  • 5 İyun 2023 12:45

"Bakıda türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfrans çox uğurlu keçdi".

Bunu e-huquq.az-a açıqlamasında Hindistan Vəkillər Kollegiyasının vitse-prezidenti Rachana Srivastava deyib.

O, konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

"Konfransın mövzusu ilə əlaqədar iştirakçılar tərəfindən kifayət qədər maraqlı müzakirələr oldu və sonda "Gender bərabərliyinin təmin edilməsi üzrə" Birgə Bəyannamə qəbul edildi. Hesab edirik ki, gələcəkdə də bu tip konfransların təşkil edilməsinə böyük ehtiyac var. Konfransın ən azı ildə bir dəfə keçirilməsinin tərəfdarıyıq. Belə tədbirlərdə müxtəlif öllkələrin təcrübəsi ilə tanış oluruq və fərqli ölkələrdən olan vəkillər öz fikirlərini paylaşır. Eyni zamanda konfrans gənc vəkillərin də inkişafına kömək edir", - deyə xanım Srivastava qeyd edib.

Vitse-prezident bu cür konfransların vəkillər arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını deyib: "Bakıda keçirilən konfrans da Azərbaycan və Hindistan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Azərbaycan vəkilləri bizi gözlədiyimizdən daha isti qarşıladılar. Onlarla geniş fikir mübadilə aparmaq imkanımız oldu. Ümumiyyətlə, Bakı şəhərini və Azərbaycan xalqını çox sevdik. Onlar çox qonaqpərvər və istiqanlıdırlar. Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və bütün azərbaycanlı həmkarlarımıza bir daha təşəkkür edirik".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər