- 14 İyun 09:58
"Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Qırğızıstan Respublikasının Vəkillər Şurası arasında imzalan Memorandum iki ölkənin vəkilləri arasında əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verəcək".
Bunu e-huquq.az-a açıqlamasında Qırğızıstan Respublikası Vəkillər Şurasının sədri Bilim Rayımkulov deyib.
O, Memorandumda nəzərdə tutulan birgə fəaliyyətin uğurla həyata keçiriləcəyinə əminliyini vurğulayıb: "Bu tarixi bir sənəddir. Düşünürəm ki, əməkdaşlığımız uğurla davam etdiriləcək. Memorandumun imzalanması ilə bağlı təklifimizə müsbət cavab verdiyinə görə cənab Anar Bağırova təşəkkür edirəm".
Bilim Rayımkulov türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfrans barədə də təəssüratlarını bölüşüb: "Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Konfransın proqramı çox zəngin idi. Bütün çıxışçılar gender bərabərliyi ilə bağlı aktual məsələlərə toxunmaq imkanı qazandılar. Fərqli ölkələrdən vəkillərin iştirakı ilə çox maraqlı fikir mübadiləsi apardıq. Konfrans bütün iştirakçılara faydalı təcrübə qazandırdı. Bu cür tədbirlərin davamlı olacağına ümid edirəm".
Şəbnəm Mehdizadə