Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunan Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının Final mərhələsi keçirildi - FOTO


  • 8 İyun 2023 17:12

İyunun 7-də Azərbaycan Respublikasının Ali Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tam dəstəyi ilə Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunan Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının Final mərhələsi keçirilb.

E-huquq.az xəbər verir ki, final mərhələsində kassator qismində “The Court Jesters”, digər tərəf isə “The Advocacy Avangers” komandası çıxış ediblər.

Final Mərhələsində prosesə Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Aqil Abbasovun sədrliyi, Vidadi Məmmədov, Zaur Əliyevdən ibarət tərkibdə baxılıb. Qiymətləndirilmə nəticəsində “The Court Jesters”komandasının üzvləri Şahin Bayramlı və Elmar Bəyərov qalib elan olunub, “The Advocacy Avangers” komandasının üzvləri Rüstəm Əzimli və Mehri Qurbanova isə II yerə layiq görülüblər.

Müsabiqənin sonunda qaliblərə 500 AZN dəyərində mükafat, Sürəyya Ağaoğlunun həyat və yaradıcılığına həsr olunan “Bir ömür belə keçdi” adlı kitab, sertifikat, kubok təqdim edilib, ikinci yerin qaliblərinə isə 250 AZN dəyərində mükafat, “Bir ömür belə keçdi” adlı kitab və sertifikat verilib.

Bununla yanaşı finalistlərə “Bona Mente” konsaltinq şirkəti tərəfində karyera kouçinq imkanı təqdim olunub.

Oxşar xəbərlər