Azərbaycanda 1 vəkilin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edildi


  • 13 İyun 2023 11:38

Xəbər verdiyimiz kimi, ötən gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclas çərçivəsində vəkillər barəsində başlanılmış 16 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub, 1 vəkilə irad tutulub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər