Keçmiş məhkəmə sədri vəkillik fəaliyyətinə başladı


  • 13 İyun 2023 11:56

Xəbər verdiyimiz kimi, ötən gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 8 vəkilliyə namizədin və əvvəllər apellyasiya məhkəməsinin sədri olmuş Qürbət Əsgərovun andiçmə mərasimi keçirilib.

Qeyd edək ki, Q.Əsgərov 2012-2016-cı illərdə Şirvan Apellyasiya Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər